Seysmologiya və Yer təkinin fizikası kafedrası
2001-ci ildə Faydalı qazıntılar kafedrasının bazası əsasında açılmışdır. 2004-cü ilə kimi kafedra müdiri vəzifəsini dos. A.İ.Xasayev icra etmişdir. Kafedraya 2004-cü ildən dos. Əli Qulu oğlu Novruzov rəhbərlik edir. O, sınan dalğalarla neft və qaz yataqlarının birbaşa axtarışı üsulunu inkişaf etdirmiş, kompleks geofiziki birbaşa axtarış üsulunu işləyib hazırlamış və onların tətbiqində iştirak etmiş, 70-ə qədər elmi əsərin, 8 ixtiranın müəllifidir.
Kafedrada dosentlər Tamara Mirzəağa qızı Musazadə və Əvəz Lətif oğlu Məmmədov çalışırlar.
Kafedranın əsas elmi tədqiqat istiqamətləri Azərbaycanın seysmoaktiv zonalarının geoloji-geofiziki xüsusiyyətləri problemi, maqmatik süxurların real geoloji şəraitini modelləşdirən yüksək temperatur və təzyiq altında elektrodinamik xassələrin quyularda geofiziki tədqiqatların materialları ilə uyğunluğunun tədqiqidir.
Seysmologiya və Yer təkinin fizikası kafedrasının əməkdaşları 2009-2014-cü illərdə 8 monoqrafiya və dərslik hazırlamışlar ki, o cümlədən «Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi», «Электрические свойства магматических пород при высоких термобарических параметрах», «Математические методы обработки данных прикладных наук», «Kəşfiyyat geofizikasına giriş», «Quyuların geofiziki tədqiqat üsulları «Paleomaqnetizm», «Maqnit kəşfiyyatı», «Elektrik kəşfiyyatı» və b. dərslik və monoqrafiyaları aktualdır.