Ümumi geologiya və hidrogeologiya kafedrası Geologiya-coğrafiya fakültəsi yarandığı vaxtdan onun tərkibində fəaliyyətə başlamışdır. 1943-cü ildə prof. Ə.H.Əsgərov kafedranın müdiri seçilmiş və Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasına 1986-cı ilə kimi rəhbərlik etmişdir. Kafedra Biologiya fakültəsinin nəzdində 1934-cü ildən fəaliyyət göstərən Geologiya və paleontologiya kafedrasının bazası əsasında yaradılmış, sonralar Ümumi geologiya və hidrogeologiya kafedrası adlandırılmışdır. Kafedraya müxtəlif illərdə prof. S.S.Səmədov (1986-1991) və dos. A.Ə.Məsimov (1991-2003) başçılıq etmişlər. 2003-cü ildə kafeda iki müstəqil quruma – Ümumi geologiya, Hidrogeologiya və mühəndis geologiyası kafedralarına ayrılmışdır. Ümumi geologiya kafedrasına 2003-2012-ci illərdə prof. S.S.Səmədov rəhbərlik etmişdir. Həmin dövrdə kafedrada dosentlər F.D.Həsənov, N.Ə.Abbasov, T.H.Təhməzova fəaliyyət göstərmişlər.
AMEA-nın sabiq prezidenti akad. M.M.Əliyev 1951-ci ildə Paleontologiya və tarixi geologiya kafedrasını yaratmış və 1957-ci ilədək ona rəhbərlik etmişdir. Kafedra öncə geniş profilli Neft və qaz yataqlarının geologiyası, daha sonra Paleontologiya və tarixi geologiya kafedrası adlandırılmışdır. Kafedraya ilk dövrlərdə akad. M.M.Əliyev, ondan sonra AMEA-nın müxbir üzvü, prof. Q.M.Sultanov (1957-1991) və prof. V.B.Ağayev (1991-2008) rəhbərlik etmişlər. 2008-2011-ci illərdə kafedra müdiri vəzifəsini dos. B.H.Qələndərov icra etmişdir.
«Ümumi geologiya» və «Paleontologiya və tarixi geologiya» kafedraları sonralar birləşərək «Ümumi və tarixi geologiya» kafedrası yaradılmışdır. Yarandığı gündən 2016-cı ilə kimi yeni quruma dosent Həmid Musa oğlu Hüseynov rəhbərlik edib.
Kafedrada dosentlər Fərrux Dəmir oğlu Həsənov, Nurəddin Əli oğlu Abbasov, Rübabə Ehsan qızı Rüstəmova, Ələddin Məcid oğlu Məmmədəlizadə, Təranə Hacı qızı Təhməzova, baş müəllim Şakir Ramazan oğlu Balammədov işləyirlər. Kafedra əməkdaşları quruda və Xəzər dənizində neftli-qazlı rayonlarda basdırılmış strukturların aşkar edilməsi və «Azərbaycanın mezo-kaynazoy çöküntülərinin stratiqrafiyası» problemləri ilə məşğul olurlar.
Kafedranın son illər çap etdirdiyi nəşrlərdən «Paleontologiya», Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası», «Regional geotektonika» və b. çox əhəmiyyətli əsərlər hesab edilir.
Ümumi geologiya və hidrogeologiya kafedrası Geologiya-coğrafiya fakültəsi yarandığı vaxtdan onun tərkibində fəaliyyətə başlamışdır. 1943-cü ildə prof. Ə.H.Əsgərov kafedranın müdiri seçilmiş və Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasına 1986-cı ilə kimi rəhbərlik etmişdir. Kafedra Biologiya fakültəsinin nəzdində 1934-cü ildən fəaliyyət göstərən Geologiya və paleontologiya kafedrasının bazası əsasında yaradılmış, sonralar Ümumi geologiya və hidrogeologiya kafedrası adlandırılmışdır. Kafedraya müxtəlif illərdə prof. S.S.Səmədov (1986-1991) və dos. A.Ə.Məsimov (1991-2003) başçılıq etmişlər. 2003-cü ildə kafedra iki müstəqil quruma – Ümumi geologiya, Hidrogeologiya və mühəndis geologiyası kafedralarına ayrılmışdır.
Kafedrada dosentlər Fərrux Dəmir oğlu Həsənov, Nurəddin Əli oğlu Abbasov, Rübabə Ehsan qızı Rüstəmova, Ələddin Məcid oğlu Məmmədəlizadə, y.e.f.d., baş müəllim Təranə Hacı qızı Təhməzova, baş müəllim Şakir Ramazan oğlu Balammədov işləyirlər. Kafedra əməkdaşları quruda və Xəzər dənizində neftli-qazlı rayonlarda basdırılmış strukturların aşkar edilməsi və «Azərbaycanın mezo-kaynazoy çöküntülərinin stratiqrafiyası» problemləri ilə məşğul olurlar.
Kafedranın son illər çap etdirdiyi nəşrlərdən «Paleontologiya», Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası», «Regional geotektonika» və b. çox əhəmiyyətli əsərlər hesab edilir.