GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

KAFEDRANIN PROFESSORU

VAQİF RAMAZANOV

Geologiya-mineralogiya elmləri doktoru, faydalı qazıntılar kafedrasının professoru
İş telefonu: (+99412) 439 09 81
e-mail: vramazanov@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 1944–cü il təvəllüdlü V.G.Ramazanov 1970-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, 1970-1978-ci illərdə Azərbaycan Geologiya İdarəsində dəstənin baş geoloqu, 1978-1982-ci illərdə EA-nın Geofizika Elmi Mərkəzində şöbə müdiri 1982-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır.
  • V.G.Ramazanov 1981-ci ildə «Kəlbəcər çökəkliyinin endogen filizlərinin yerləşmə qanunauyğunluqları və əmələ gəlmə şəraiti» mövzusunda namizədlik, 1993-cü ildə isə «Azərbaycanın mis-porfir formasiyası» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O 100-dən artıq məqalə, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi, «Azərbaycanın Qızılı» (rus dilində); «Azərbaycanın barit qurşağı» (rus dilində); «Azərbaycanın mineral-xammal ehtiyatları» (rus dilində) monoqrnoqrafiyalarının həmmüəllifidir. V.G.Ramazanov azərbaycan dilində yazılmış «Riyazi statistikanın geollogiyaya tətbiqi», «Sınaqlaşdırma və ehtiyatın hesablanması üzrə praktikum», «Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı»dərsliklərinin, çoxlu sayda dərs proqramları və metodik göstərişlərin müəllifidir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • neçənci ildə hansı universiti bitirib: 1970, Azərbaycan Dövlət Universitet
  • namizədlik dissertasiyasının mövzusu və müdafiyə etdiyi il: “Kəlbəcər muldasının endogen filizləşməsi və onun yerləşə qanunauyğunluqları”, 1981
  • doktorluq dissertasiyasının mövzusu və müdafiyə etdiyi il: “Azərbaycanın mis-porfir formasiyası”, 1993

ƏMƏK FƏALİYYƏTİ

  • islədiyi yerlər Geologiya İdarəsi, MEA Geologiya İnstitutu Geofizika EM,AİMROC şirkəti, BDU
  • neçənci ildən BDU-da hansı kafedrada çalışır, 1982, Faydalı qazıntılar kafedrası
  • hansı dərsləri aparır, Faydalı qazıntı yataqlarının axtarıçı və kəşfiyyatı,Riyazi geologiya, Litosfer tavaları tektonikası və filizəmələgəlmə
  • neçə məqalənin, 119
  • neçə monoqrafiyanın müəllifidir, 6
  • neçə kitabın müəllifidir, 9
  • yetişdirdiyi elimlər namizədlərinin və doktorların sayı 9
  • həyata keçirdiyi təcürbələr və elmi yenilikləri haqqında,Kiçik Qafqazın nəcib və əlvan metal yataqlarının geoloji quruluşu, birsıra genetik problemləri, əmələ gəlmə şəraitləri, yerləşmə qanuna uyğunluqları, proqnozlaşdırılması, axtarışı və kəşfiyyatı

TƏDQİQAT SAHƏSİ

  • Endogen filizəmələgəlmə problemləri, filiz yataqlarının geologiyası, proqnozlaşdırılması, axtarışı va kəşfiyyatı

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2005, Çovdar qızıl sahəsinin geoloji-struktur şəraiti,BDU xəbərləri,N2.
  • 2005, Çovdar filiz sahəsinin geoloji quruluşu və əmələgəlməsinin struktur şəraiti, AMEA, Xəbərlər,N4.
  • 2006, Murovdağ filiz rayonunuu geoloji öyrənilməsinin təhlili və perspektivliyinin qiymətləndirilməsi, Bilgi dərgisi,1-2.
  • 2007, Azərbaycanın mineral-xammal resursları və onların istifadə perspektivləri, Moskva, Qornıy Jurnal s 14-19.
  • 2007, Gədəbəy filiz rayonu mis-porfir yataqlari filiz-maqmatik sistemləri modelinin geoloji-geofiziki və geokimyəvi əsasları Akad. M.Ə.Qaşqayın 100 illik yubileyinə həsr olunmuş Elm Sesiyanın materialları,Bakı, 58-84 səh.

KİTABLAR

  • 1990, Mis-molibden porfir yataqları,Bakı,Azərnəşr, 375 s.
  • 1991, Riyazi statistikanın geologiyada tətbiqi,Bakı,BDU.
  • 1995, Əfqanıstanın metallogeniyası,Bakı.
  • Faydalı qazıntıların sınaqlaşdırılması və ehtiyyatın hesablanması praktikumu
  • 2001, Azərbaycanın qızıllı səpintiləri,Bakı,Naftapress.
  • 2003, Azərbaycanın qızılı (rus dilində),Azərb.Milli ensiklopediyasında Nəşriyyat-Poliqrafiya Birliyi, 424 s.
  • 2004, Azərbaycanın barit qurşağı,Bakı, Adiloğlu, 244 s.
  • 2005, Azərbaycanın mineral-xammal resursları, Bakı,Ozan, 808 s.
  • 2006, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı (dərslik), BDU.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • MTIF (CRDF),İNTAS
Bookmark and Share