GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

KAFEDRANIN DOSENTİ

ZAKİR МƏMMƏDOV

Geologiya-mineralogiya elmləri namizədi, dosent
İş telefonu: (+99412) 439 09 64

QISA BİOQRAFİK MƏLUMAT
  • 11 avqust 1950-ci ildə Azərbaycan Respublikasının Laçın şəhərində anadan olmuşdur.
  • 1967-ci ildə Bakı şəhərində 1 saylı fizika-riyaziyat təmayüllü orta məktəbi bitirmişdir.
  • 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin geologiya ixtisası üzrə qiyabi şöbəsini bitirmişdir.
  • 1970-ci ildən 1988-ci ilə gədər Nazirlər Soveti nəzdində Azərbaycan Geologiya İdarəsində müxtəlif vəzifələrdə işləmişdir.
  • 1981-ci ildə „Əmək rəşadəti“ medalı ilə təltif olunmuşdur.
  • 1988-ci ildən indiyə kimi Bakı Dövlət Universitetində laborant dəzifəsindən dosent vəzifəsinə kimi müxtəlif işlərdə çalışmışdır.
  • 1995-1997-ci illərdə fakültə dekanının müavini və fakültə Elmi Şurasının sədr müavini vəzifələrində çalışmışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
  • 1974-cü il, Azərbaycan Dövlət Universiteti.
  • 2005-ci il “Qızılbulaq yatağının mis-qızıl filizlərinin formalaşmasının geoloji-struktur xüsusiyyətləri bə yerləşmə qanunauyğunluqları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
  • 1970-1983 Azərbaycan Geologiya İdarəsi
  • 1983-1986 Kuba Respublikası
  • 1986-1988 Azərbaycan Geologiya İdarəsi
  • 1988-hal-hazıra qədər BDU, Faydalı qazintılar kafedrası
  • Faydalı qazintı yataqlarının axtarış və kəşfiyyatı, İqtisadi geologiya, Yanar faydalı qazıntıların geologiyası, Sınaqlaşdırma üsulları və ehtiyatın hesablanması, Azərbaycanın mineral xammal bazası və s.
  • Məqalə-66
  • Monoqrafiya-1
  • Dərslik-1
  • 1981-ci ildə Qızılbulaq mis-qızıl filizi yatağının kəşfiyyatına görə „Əmək rəşadəti“ medalı ilı təltif edilmişdir.
  • 1984, 1985 bə 1986-cı illərdə Kuba Respublikasında işlədiyi müddətdə əldə etdiyi naliyyətlərə görə SSRİ-nin Kubadakı səfirinin fəxri fərmanları ilə təltif edilmişdir.
  • 2001-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə BDU-nun rektoru tərəfindən fəxri fərmanla təltif edilmişdir.
TƏDQİQAT SAHƏSİ
  • Qızıl yataqlarınin geologiyası, əmələ gəlmə şəraitləri və yerləşmə qanuna uyğunluqlarının tədqiqi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 1994-cü ildə Türkiyənin Ankara şəhərində Beynəlxalq Konfrans
  • 1996-cı ildə Çin Xalq Respublikasının Pekin şəhərində 30-cu Beynəlxalq Geoloji Konqres
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  • 2007, Gədəbəy filiz rayonunun mis-porfir yataqlarının filiz maqmatik sistemləri modelinin geoloji-geofiziki və geokimyəvi əsasları. Akademik M.A.Qaşqayın anadan olmasının 100 illiyinı həsr olunmuş elmi sesiyanın materialları, Bakı, Babazadə V.M.,
  • 2008, Murovdağ antiklinorisinin pikrit və pikritbazaltlarının formalaşmasının petroloji bə geokimyəvi xüsusiyyətləri (Kiçik Qafqaz). BDU, “Xəbərlər”, Bakı, №1, s.105-116.
  • 2008, Kiçik Qafqazın şimal-şərq hissəsində iri çay hövzələri çöküntülərində yayılmış səpinti qızılın tipomorfik xüsusiyyətləri. BDU, “Xəbərlər”, Bakı, №2. Babazadə V.M., Hüseyinov Q.S., İsmayılova A.M., Abdullayeva Ş.F.
  • 2008, Kiçik Qafqazın şimal-şərq yamacında (İncəçay-Qoşqarçay) yerləşən üzlük daşı istehsalı üçün yararlı xammal təzahürləri bə onların perspektivliyi. BDU, “Xəbərlər”, Bakı, s.120-129. Babazadə V.M., Xəlilov Y.X., İsmayılova A.M.
  • 2008, Qoşa qızılfilizi yatağının formalaşmasının geoloji-struktur xüsusiyyətləri. Dağ-geoloji jurnal. Qazaxıstan, Almatı şəh., № 1-2. Qələndərov B.H., Ramazanov V.G., Xasayev A.İ.
  • 2008, Qızılbulaq filizlərində filiz-indiqator elementlərin paylanması. Xəzər dənizi, təbii sərvətlər, Beynəlxalq Jurnal, BDU-nun nəşriyatı, Bakı, №2, Babazadə V.M., Qələndərov B.H., Xasayev A.İ., İsmayılova A.M., Abdullayeva Ş.F.
  • 2008, Azərbaycanın dağ-mədən potensialı. Beynəlxalq Jurnal, BDU-nun nəşriyatı, Bakı, №2, Babazadə V.M., Xasayev A.İ., Qələndərov B.H.,İsmayılova A.M., Abdullayeva Ş.F.
  • 2008, Buzluq-Gülüztan sahəsinin gips yataqlarının yerləşmə qanuna uyğunluğu və axtarış perspektivliyi. (Kiçik Qafqaz). BDU, “Xəbərlər”, Bakı, №3. Babazadə V.M., Xəlilov Y.X., İsmayılov A.Y.
  • 2008, Şəmkir qalxımında üst təbaşir bentonitlərinin yeni təzahürü haqqında. BDU, “Xəbərlər”, Bakı, №3. s. 98-104. Babazadə V.M., Xəlilov Ə.C., Xəlilov Y.X., İsmayılov A.Y.
  • 2008, Faydalı qazıntı yataqlarının proqnozu ilə Azərbaycanın çatlılıq xəritəsi (miqyas 1:600 000). Bakı, Kartoqrafiya fabriki. Babazadə V.M., Mehdiyev A.Şh., Paşayev A.M., Məmmədov Q.Ş.
KİTABLAR
  • 2005, Azərbaycanın mineral xammal sərvətləri. Bakı, „Ozan“ nəşriyyatı. Babazadə V.M., Ramazanov V.G. bə b.
  • 2005, Faydalı qazıntı yataqlarının axtarış bə kəşfiyyatı. BDU-nun nəşriyatı Bakı. Babazadə V.M., Nəsibov T.N., Ramazanov V.G.
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
  • Avropa birliyinin (İNTAS) 2 illik (2007-2009) qrantının qalibi
Bookmark and Share