GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

HİDROGEOLOGİYA VƏ MÜHƏNDİS GEOLOGİYASI KAFEDRASI

Hidrogeologiya və mühəndisi geologiya kafedrası

2003-cü ildə yaradılmış və 2008-ci ilədək dos. Aydın Əli oğlu Məsimov, 2015-ci ilə kimi kafedra müdiri vəzifəsini dos. A.İ.Xasayev icra etmişdir. 2016-cı ildən kafedraya prof. Bahadır Həsən oğlu Qələndərov rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti:  2 dosent - Esmiralda Allahverdi qızı Məmmədova və Məhluqə Arif qızı Məmmədova, 2 müəllim -  Hüseynova Günay Nizami qızı və Mirzəyev Ələkbər Azər oğlu.

Kafedranın elmi tədqiqat istiqaməti mineral və termal su ehtiyatlarının müasir üsullarla axtarışı və kəşfiyyatı, müalicəvi və içməli mineral suların sənaye istehsalının genişləndirilməsi, yaşayış sahələri və sənaye obyektlərinin yararlı su ilə təminatının öyrənilməsi və meliorativ hidrogeologiya problemlərinin tədqiqidir.
Kafedra üzvləri tərəfindən son illər bir sıra əhəmiyyətli dərsliklər çap edilmişdir. Bu əsərlərdən «Ümumi hidrogeologiya», «Hidrogeoekologiya», «Yeraltı suların dinamikası», «Mü­həndis geologiyasının əsasları» və b. dərslik və monoqrafiyaları aktualdır.

Bookmark and Share