GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

FAYDALI QAZINTILAR KAFEDRASI

Faydalı qazıntılar kafedrası fakültənin ən iri və aparıcı strukturlarından biri kimi 1945-ci ildə Kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrası adı ilə Elmlər Akademiyasının təsisçilərindən biri akad. Mir Əli Qaşqayın təşəbbüsü ilə açılmışdır. Sonralar bu kafedra ixtisas kafedrasına çevrilərək, 1958-ci ildən Faydalı qazıntılar kafedrası adını daşımağa başlamışdır. Həmin kafedraya yarandığı gündən 1986-cı ilə kimi prof. Səttar Mütəllib oğlu Süleymanov rəhbərlik etmişdir. Böyük elmi və istehsalat təcrübəsinə malik olan bu alimin istedadlı və bacarıqlı geoloq mütəxəssislərin hazırlanmasında müstəsna xidməti olmuşdur. Kafedrada müxtəlif illərdə akademiklərdən Mir Əli Qaşqay, Əzəl Sultanov, Ədhəm Şıxəlibəyli, müxbir üzvlərdən Heydər Əfəndiyev, Xudu Məmmədov, professorlardan Manaf Zairi, Aslan Vəzirzadə, Hacı Kərimov, Rəşid Abdullayev, Sübhi Bəktaşi, Vasif Əliyev, Fuad Axundov, Vaqif Ramazanov, Rasim Hacıyev, dosentlərdən Nadir Səlimxanov, Fikrət Hüseynov, Məmməd Rza Məmmədyarov, Əli Məmmədəliyev, Feruz İsmayılov, Nazim Zeynalov, Cəfər Sultanov və b. işləmişlər. Hazırda Faydalı qazıntılar kafedrasına AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı lauratı, Əməkdar Elm Xadimi, geologiya-mineralogiya elmləri doktoru, prof. Vasif Məmməd Ağa oğlu Babazadə rəhbərlik edir. O, 1986-cı ildən Faydalı qazıntılar kafedrasının müdiri, 1989-cu ildən eyni zamanda «Yer ehtiyatlarının aerokosmik tədqiqatları» ETL-in elmi rəhbəridir. Kafedrada professorlar Musa Nəsib oğlu Məmmədov, Nazim Əjdər oğlu İmamverdiyev, Bahadur Həsən oğlu Qələndərov, Cəbrayıl Əbdüləli oğlu Azadəliyev, g.m.e.n., dosentlər   Adil İmran oğlu Xasayev, Mamoy İbrahim oğlu Mansurov, Aygün Məmməd Rəfi qızı İsmayılova, Şəhla Faiq qızı Abdullayeva, baş müəllimlər Kəmalə Abbas qızı Dadaşova, y.e.f.d. Ülkər İbrahim qızı Kərimli, y.e.f.d., müəllim Azər İbat oğlu Hüseynov çalışırlar. Kafedranın əsas elmi tədqiqat istiqaməti endogen yataqların formalaşma şəraiti və onların yerləşmə qanunauyğunluqları, filiz yataqlarının yerləşmə qanunauyğunluqları və onların formasion əsasda sistemləşdirilməsinin öyrənilməsindən ibarətdir. Xüsusən «Azərbaycanın endogen metallogeniyası və maqmatizmi», «Azərbaycanın endogen filiz formasiyaları» mövzuları üzrə əhəmiyyətli nəticələr alınmışdır. Təqdirəlayiqdir ki, 2009-2014-cü illərdə kafedranın əməkdaşları tərəfindən 30-a yaxın monoqrafiya, dərslik və dərs vəsaiti, 150-dən artıq məqalə çap edilmişdir. Bu əsərlərdən: «Тектоническое развитие, геодинамическая обстановка формирования и закономерности размещения месторождений полезных ископаемых Кавказского сегмента Средиземноморского пояса», «Геологическое строение и магматизм Талыш-Таромской зоны», «Hondvanın donmuş parçası», «Экологическая геохимия Среднекаспийского шельфа», «Благороднометальные рудно-магматические системы; «Эндогенная металлогения и прогноз благороднометального оруденения Юга Малого Кавказа», «Геологогеохимические исследования и прогноз золоторудных палеосистем Малокавказского горноскладчатого сооружения», «Yataqların kompüter modelləşdirilməsi və ehtiyatların geostatistik hesablanması», «Ekoloji geologiya», «İqtisadi geologiya», «Geoekoloji monitorinq», «Filiz sahələri və yataqlarının strukturları», «Faydalı qazıntıların geologiyası» (IV cilddə) və s. dərslik və monoqrafiyaları aktualdır. 2011-2013-cü illərdə kafedrada SCOPUS beynəlxalq qrant proqramı çərçivəsində «Qafqazın metallogeniyası» mövzusunda, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun «Kiçik Qafqaz ada paleoqövsünün vulkanoplutonik komplekslərində inteqral geoloji-genetik modellərin dinamik filizəmələgətirmə sistemləri və qızıl filizi yataqlarının məkan-zaman təkamülü» mövzusunda qrant layihələri yerinə yetirilmişdir. 2009-2014-cü illərdə kafedrada bir elmlər doktoru, 10-dan artıq fəlsəfə doktoru dissertasiya işlərini müdafiə etmişlər. Hazırda kafedrada elmi dərəcəsi olmayan müəllim  yoxdur.

Bookmark and Share