GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

DEKAN

MƏHLUQƏ ARİF qızı MƏMMƏDOVA

Geologiya-mineralogiya elmləri namizədi, dosent

İş telefonu: (+99412) 539 09 81

e-mail: m.mahluga@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 21 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Göyçay rayonunun Kürdşaban kəndində anadan olmuşdur;
  • 1964-1974-cü illərdə Göyçay şəhər 3№-li Beynəlmiləl orta məktəbdə orta təhsil almışdır;
  • 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin geologiya şöbəsində ali təhsil almışdır;
  • 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır;
  • Ailəlidir, 2 övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 1979-cu il, Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirmişdir;
  • 2004-cü il, “Samur-Dəvəçi dağətəyi düzənliyinin Dördüncü dövr çöküntülərinin yeraltı sularının mövcud hidrogeoloji şəraiti və geoekologiyasına texnogenezin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 1979-1980-ci illər, Azərbaycan Respublikası Geologiya İdarəsinin (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyası, texnik geoloq;
  • 1980-1999-cu illər, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı (indiki Açıq Səhmdar Cəmiyyəti) Komitəsinin “Azdövsutəslayihə” İnstitutunun “Mühəndisi geologiya və hidrogeologiya” şöbəsi, böyük və aparıcı mühəndis;
  • Bakı Dövlət Universitetinin Geologiya fakültəsində:
  • 1999-2001-ci illər, “Faydalı qazıntılar” muzeyi, baş laborant,
  • 2001-2006-cı illər, “Ümumi geologiya və hidrogeologiya” kafedrası, laboratoriya müdiri;
  • 2006-2008-ci illər, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrası, baş müəllim.
  • 2008-ci ildən hal-hazıra qədər, “Hidrogeologiya və mühəndis geologiyası” kafedrası, dosent.
  • Tədris etdiyi fənlər: bakalavr təhsil pilləsi üzrə – “Ümumi hidrogeologiya”, “Su təchizatı və yeraltı suların mühafizəsi”; magistratura üzrə – “Elmin müasir problemləri”, “Yeraltı və yerüstü suların səmərəli istifadəsi və mühafizəsi”.
  • 50-dən çox elmi əsərin, o cümlədən 1 dərslik, 2 monoqrafiya, 1 metodik göstəriş, 5 tədris proqramının müəllifidir.

TƏDQİQAT SAHƏSİ

Yeraltı su ehtiyatlarının ekoloji problemləri və su təchizatı.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • “Fövqəladə hallarda ekologiya və texnologiya problemləri” mövzusunda II Beynəlxalq simpozium (Bakı, 2002);
  • “Urban Groundwater Management and Sustainability” mövzusunda Beynəlxalq NATO ASI seminarı (Bakı, 2004);
  • “Yer elmlərində yeni ideyalar” mövzusunda VII Beynəlxalq konfrans (Moskva, 2005);
  • BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 2009);
  • II Xəzər Beynəlxalq Su Texnologiyaları konfransı (Bakı, 2014).

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Система мониторинга – основа охраны окружающей среды в зоне транспортировки нефтепродуктов (на примере Азербайджана) / 6-ой Международный конгресс. Вода: Экология и Технология, ЭКВАТЭК-2004. Материалы конгресса. Москва, 1-4 июня, 2004, с.354-355 (Ф.Ш.Алиев)
  • Проблемы сохранения качества пресных водных ресурсов бассейна р. Куры (Азербайджан) в условиях нарастающего техногенеза / Проблемы водных ресурсов, геотермии и геоэкологии. Материалы Международной научной конференции, посвященной 100-летию со дня рождения академика Г.В.Богомолова. Минск, 1-3 июня, 2005, с.36-37 (Алиев Ф.Ш., Курбанова В.)
  • Demands on, condition, and environmental problems of the Baku municipal water supply // Urban Groundwater Management and Sustainability. Netherlands, Springer, p.29-38 (В кн.: Труды Международного семинара NATO ASI «Управление и устойчивое развитие ресурсов подземных вод урбанизированных территорий» (5-15.08.2004, Баку) Научная серия NATO 74, Нидерланд, Спрингер), 2006, с.29-38 (Sh.I.Pashayeva)
  • Gəncəçay-İncəçay çayları arası ərazinin yeraltı sularının regional ehtiyatının formalaşma şəraiti və onlardan su təchizatında istifadənin mümkünlüyü // J. Bakı Universitetinin Xəbərləri, təbiət elmləri seriyası, 2009, №4, s.130-135 (S.M.Kazımov, G.F.Həşimova)
  • Samur-Vəlvələ çayları arası ərazinin yeraltı su ehtiyatlarının formalaşma şəraiti, ekoloji vəziyyəti və istifadə perspektivliyi / II Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransının materialları, Bakı, aprel, 2014, s.102-106
  • Qanıx-Əyriçay vadisinin yeraltı sularının formalaşma qanunauyğunluğu və istismar ehtiyatlarının qiymətləndirilməsi prinsipləri // Ekologiya və Su Təsərrüfatı Elmi Texniki İstehsalat jurnalı, Bakı, 2015, №5, s.3-8

KİTABLAR

  • Azərbaycanın mezokaynozoy çöküntülərinin neftli-qazlı lay suları və yeraltı su ehtiyatlarına neftin ekoloji təhlükəsi. Monoqrafiya. Bakı, “Nafta-Press”, 2003, 65s. (S.S.Səmədov, Ü.Ş.Mehdiyev)
  • Bakı şəhəri əhalisinin mövcud və gələcək su təchizatı mənbələri, onların ekoloji problemləri. Monoqrafiya. Bakı, “Çaşıoğlu”, 2003, 200 s. (F.Ş.Əliyev)
  • Ümumi hidrogeologiya. Metodik göstəriş. Bakı, “Adiloğlu” nəşr., 2011, 54 s.
  • Hidrogeoekologiya. Dərslik, Bakı, “Ləman NP”, 2012, 478 s. (S.A.İsayev)

 

Bookmark and Share