GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

ETL-İN BAŞ ELMİ İŞÇİSİ

VASİF BABAZADƏ

Geologiya-mineralogiya elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi. Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri
İş telefonu: (+99412) 439 04 48
e-mail: vbabazade@ mail.ru


  QISA BİOQRAFİK MƏLUMAT

  • 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub.
  • 1945-1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub.
  • 1955-1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir.
  • 1961-ci ildən – BDU-da çalışır.

  TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1960-ci ildə ADU-nu bitirmişdir
  • Namizədlik dissertasiyası: «Kiçik Qafqazın ofiolit zolağının xromit yataqlarının geoloji əmələ gəlmə və yerləşmə şəraitləri». Bakı şəh.,1964-cü il
  • Doktorluq dissertasiyası: «Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları» (Kiçik Qafqaz). Novosibirsk şəh., 1975-ci il

  ƏMƏK FƏALİYYƏTİ

  • 1959-1961 – SSRİ Geologiya Nazirliyi, I saylı Geoloji-kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji-kəşfiyyat ekspedisiyası – böyük kollektor, böyük geoloq, geoloji kəşfiyyat partiyasının rəisi – Şimali Qafqaz, Pyatiqorsk şəhəri
  • 1961-1964 – ADU, qiyabi aspirant – kiçik elmi işçi, əyani aspirant
  • 1964-1965 – ADU, geologiya-coğrafiya fakültəsi, Faydalı qazıntılar kafedrasının müəllimi
  • 1966-1976 – Faydalı qazıntılar kafedrasının dosenti
  • 1967-1968 – Geologiya-coğrafiya fakültəsinin dekan müvini
  • 1977 – Faydalı qazıntılar kafedrasının professoru
  • 1973-1980 – Geologiya-coğrafiya fakültəsinin dekanı
  • 1986-h/h – Faydalı qazıntılar kafedrasının müdiri
  • 1989-h/h – Yer ehtiyatların aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri
  • «Faydalı qazıntıların geologiyası» fənnini tədris edir
  • 250-dan artıq elmi əsəri vardır
  • 25 monoqrafiya və kitabın, 3 nəşr olunmuş xəritənin müəllifidir
  • 25 elmlər namizədi və 10 elmlər doktoru hazırlamışdır
  • İlk dəfə olaraq yerin ofiolit gurşağının metallogeniyasını işləmiş, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırmış, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmiş, Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərinin geoloji-genetik modellerini işləyib hazırlamış, Azərbayjanın qızıl, mis və molibden yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirmiş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır.
  • «Xidmət istifadə üçün» qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış, ABŞ-ın «Mülki tədqiqatlar və inkişaf fondu»nun (CRDF) (2005-2007-ci illər), Avropa Birliyi 6-cı çərçivə proqramının (INTAS) (2007-2009-ci illər) qrantlarına layiq görülmüşdür. «Yerin təki haqqında» (1998) və «Təhsil haqqında» Qanunların hazırlanmasında (2008) yaxından iştirak etmişdir
  • Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (1978). Elm sahəsindəki göstəricilərinə görə Əməkdar elm xadimi (2000) və Bakı Dövlət Universitetinin «İlin alimi» (2007) adına layiq görülmüşdür

  TƏDQİQAT SAHƏSİ

  • Faydalı qazıntı yataqlarının geologiyası; metallogeniya

  BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • AFR, Rusiya, Çin, Türkiyə, İran, İspaniya, Gürcüstan, Ukrayna və digər ölkələr

  SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2005, Azərbaycanın mineral-xammal resursları (rus dilində). Bakı, Ozan, 808 səh.
  • 2005, Metal və qeyri-metal yataqları. Təbriz, İranın Geoloji Xidməti, 547 səh. (fars dilində)
  • 2007, Petroqrafiya. Bakı, Bakı Universitetinin nəşriyyatı, 512 səh. (müştərək)
  • 2007, Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, Bakı Universitetinin nəşriyyatı, 236 səh. (müştərək)
  • 2007, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, Bakı Universitetinin Nəşriyyatı, 396 səh. (müştərək)
  • 2007, Azərbaycanın kosmotektonik xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif)
  • 2007, Azərbaycanın mineral-xammal resursları və onların istifadə perspektivləri (rus dilində). Moskva, Qornıy jurnal, №10, səh.14-19 (İSİ)
  • 2008, Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif)
  • 2008, Qızılbulaq filiz sahəsində filiz elementlərinin paylanması (ingilis dilində).Caspian, №2, p.22-29(müştərək)
  • 2008, Azərbaycanın mineral resursları (ingilis dilində).Caspian, №2, p.78-91 (müştərək)

  KİTABLAR

    Monoqrafiyalar
  • 1967, Kiçik Qafqazın ofiolit qurşağında xromit filizləşməsinin geoloji əmələ gəlmə və yerləşmə şəraiti. Bakı, Azərnəşr, (rus dilində).
  • 1974, Kiçik Qafqazın civə yataqlarının geologiyası. Bakı, Azərnəşr, (rus dilində).
  • 1975, SSRİ-nin geologiyası, 47-cild (Azərbayjan), II hissə. Faydalı qazıntılar. Moskva, Nedra, (müştərək) (rus dilində).
  • 1990, Azərbaycanın endogen filiz formasiyaları. Bakı, Azərnəşr,
  • 1990, Mis- və molibden-porfir yataqları. Bakı,Azərnəşr, 368 səh. (rus dilində)
  • 2000, Maqmatik formasiyalar. Bakı,Nafta-Press, 235 səh. (müştərək)
  • 2001, Azərbaycanın civə, sürmə və mərgümüş yataqları. Bakı, Nafta-Press, 143 səh. (rus dilində)
  • 2003, Azərbaycan qızılı. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 454 səh. (rus dilində)
  • 2003, Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 276 səh. (rus dilində)
  • 2003, Azərbaycanın barit qurşağı. Bakı,Adiloğlu, 243 səh. (rus dilində)
  • 2005, Azərbaycanın mineral-xammal resursları. Bakı, Ozan, 808 səh. (rus dilində)
  • 2005, Şüşə xammalı yataqlarının geologiyası. Bakı, Ozan, 151 səh. (rus dilində)
  • 2005, Metal ve qeyri-metal yataqları. Təbriz, İranın Geoloci Xidməti, 547 səh. (fars dilində)


  • Dərsliklər
  • 1982, Geoloji-kəşfiyyat işləri (geoloji-kəşfiyyat işlərinin texnikası). Bakı, ADU,
  • 1983, Geoloji-kəşfiyyat işləri (faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, sınaqlanması və ehtiyatın hesablanması). Bakı, ADU,
  • 1986, Filiz və qeyri-filiz faydalı qazıntı yataqları. Bakı,Maarif,
  • 1991, Riyazi statistikasının geologiyada tətbiqi. Bakı,ADU,
  • 1995, Faydalı qazıntıların yataqlarının sınaqlanması və ehtiyatların hesablanması. Bakı, Sabah, 199 səh. (müştərək)
  • 1996, Filiz sahələri və yataqlarının strukturu. Bakı,ADU, 147 səh. (müştərək)
  • 2003, Geologiya elminin tarixi və metadologiyası. Bakı, Sabah, 125 səh. (müştərək)
  • 2007, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, Bakı Universitetinin nəşriyyatı, 396 səh. (müştərək)
  • 2007, Petroqrafiya. Bakı, Bakı Universitetinin nəşriyyatı, 512 səh. (müştərək)
  • 2007, Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, Bakı Universitetinin nəşriyyatı, 236 səh. (müştərək)


  • Xəritələr
  • 2000, Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsi (miqyas 1:200.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif)
  • 2007, Azərbaycanın kosmotektonik xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif)
  • 2008, Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif)

  DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • «Cənubi Qafqazın qızıl yataqları: onların genezisi və axtarış əlamətləri» 01.09.2005-01.09.2007 Avard number: SCI – 010000 – SC – 05 U.S. Civilian Research & Development Foundation (CRDF);
  • «Kiçik Qafqazın vulkano-plutonik komplekslərinin mis filizi yataqları: onların genezisi və axtarış perspektivləri» 01.03.2007-01.03.2009 INTAS Ref. № 06 – 1000017 – 9365
Bookmark and Share