GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BETI

Geologiya fakültəsinin BETİ nümayəndəsinin (dos.Məmmədov Ə.L.)

2009-cu il ərzində fəaliyyəti

Geologiya fakültəsində “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının nəzdində xüsusi sertifikatla təltif olunmuş Amerikanın gənc tədqiqatçı geofiziklər cəmiyyətinin (Society of Exploration Geophysicists, SEG) tələbə bölümü yaradılmışdır. (Kurator: dos. Ə.L.Məmmədov). Prezident- IV kurs, qrup 616 - Qara Nəcəfov; Vitse-Prezident - Kurs II, Qrup 89 - Könül İbadova- seçilmişdir.

 

SEG-in əsas ofisindən (USA-Tulsa) mütəmadi olaraq göndərilən Geophysics kitabları, The Leading EDGE (TLE) jurnalları və geofizikaya aid digər kitablar əsasında kafedra nəzdində geofizikanın müasir nailiyyətlərini əks etdirən kitabxana yaradılır.

 

Universitetin elektron kitabxanasının yaradılmasında fakültə müəllimlərinin iştirakı təmin edilmişdir (xüsusi müəllif müqaviləsi bağlamaqla).

 

Qlobal Tələbə Mübadiləsi Proqramının (UGRAD) təmsilçilərinin fakültənin tələbə və müləllim heyəti üçün 22.12.2009-cu il tarixində keçirilmiş prezentasiyası təşkil olunmuşdur (Sosial elmlər və psixologiya fakültəsi ilə birlikdə).

 

ATƏT proqramı üzrə 18 noyabr 2009-cu il tarixində keçirilmiş konfransda iştirak olunmuşdur. (prof.K.Kərimov, dos.Ə.Novruzov, dos.Ə.Məmmədov). Əldə olunmuş məlumat fakültədə müzakirə olunmuşdur.

 

TEMPUS proqramı üzrə universitetdə (18.12.09) təşkil olunmuş konfransda fakültənin müəllim heyətinin iştirakı təmin edilmişdir.

 

2009-cu il ərzində “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının mütəxəssisləri tərəfindən iki qrant layihəsi tədqim olunmuşdur. Onlardan biri (Pirküşkül palçıq vulkanlarının elektromaqnit üsullarla dərinlik geoloji quruluşunun tədqiqi) qrant qazanmışdır (Almaniyanın Köln Universiteti ilə birlikdə).

 

Hal-hazırda kafedra əməkdaşları tərəfindən dərin fokuslu seysmikliyin geokimyəvi aspektlərinə aid kompleks qrant hazırlanır və sürüşmə zonalarının proqressiv (yeni) üsullarla tədqiqinə aid xarici partnyorlarla müzakirələr aparılır.

 

Universitetin “50+50” qrant layihəsində fakültənin müəllim tələbə heyətinin iştirakı təmin olunmuşdur.

 

Universitetin “50+50” qrant qazanmış layihələrin yerinə yetirilməsinə nəzarət olunur.

 

Reytinqli jurnallar haqqında fakültənin müəllim heyətinə lazımı informasiya çatdırılır.

 

BETİ-nin Geologiya fakültəsi üzrə təmsilçisi dos. Ə.L.Məmmədovun cari ildəki (20.02.2010-cu il tarixinə qədər) fəaliyyəti haqqında

 

HESABAT

İlin əvvəlindən TEMPUS proqramına aid olan məlumatlar və proqram çərçivəsində təklif olunan əməkdaşlıq təklifləri fakültənin elmi-pedaqoji ictimaiətinə mütəmadi olaraq çatdırılmışdır. 25.01.2010-01.02.2010 il müddətində dos. Novruzov Ə.Q., (kafedra müdiri) ilə yerinə yetirilən qrant proqramı üzrə Almaniyanın Köln Universitetinə onların dəvəti ilə ezam olunulmuşdur.

Qrant layihəsinin elmi texniki məsələlərinin həlli ilə bərabər Köln Universitetinin və onun nəzdində fəaliyyət göstərən Geofizika və Meteorologiya İnstitutunun rəhbərliyi ilə görüşlər keçirilmişdir. Onlara BDU-nun rəhbərliyi (Xarici tələbələrlə iş üzrə dekan G.H.Rəhimova) tərəfindən göndərilən və BDU-nun son nailiyyətlərini əks etdirən ədəbiyyat (ingilis dilində) təqdim olunmuşdur. İki universitetin əlaqələrini müvafiq müqavilə ilə rəsmiləşdirmək məqsədi ilə onların müvafiq strukturları arasında əlaqə yaradılmasının təməli qoyulmuşdur.

Köln Universitetində magistr pilləsində həyata keçirilən tədris sistemi ilə tanış olunmuşdur.

Ezamiyyətin nəticələri haqqında BETİ üzvləri 13.02.2010 keçirilən yığıncaqda məlumatlandırılmışdır.

Böyük Britaniyanın Vinçester Universitetində keçiriləcək Beynəlxalq Konfrans haqqında məlumat BETİ üzvlərinə çatdırılmışdır.

Universitetin Elektron kitabxanasına əlavə material təqdim edilmişdir.

 

Dos. Ə.L.Məmmədov

Bookmark and Share