GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

BALAMMƏDOV ŞAKİR RAMAZAN OĞLU

 










QISA BİOQRAFİK MƏLUMAT

Ş.R.Balammədov 1957-ci ildə Balakən rayonunda anadan olmuşdur. Orta məktəbini bitirdikdn sonra 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olmuş, 1980-ci ildə ADU-da təhsilini bitirib mühəndis-geoloq ixtisası üzrə diplom almışdır. 1980-1981-ci illərdə «Krasnoyarskgeologiya» Istehsalat Birliyinin geoloji planalma ekspedisiyasında geoloq və 1981-1983-cü illərdə «Aşağıvolqaboyugeologiya» Istehsalat Birliyinin geoloji-kəşfiyyat ekspedisiyasında hidrogeoloq vəzifəsində işləmişdir. 1983-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin «Paleontologiya və larixi geologiya» kafedrasının «Paleontologiya və stratiqrafiya» ixtisası üzrə əyani aspirantı olmuşdur. Hazırda Bakı Dövlət Universitetinin «Ümumi və tarixi geologiya» kafedrasının baş müəllimidir. 2001-ci ildən Geologiya fakültəsinin dekan müavinidir.

TƏDQİQAT SAHƏSİ

Tədqiqatları Şimali-şərq Azərbaycanın, Abşeron-Balxanyanı zonasının və Qərbi Türkmənistanın yura çökünrülərinin stratiqrafiyası, geoloji inkişaf tarixi və tektonik quruluşunun öyrənilməsinə həsr olunub. Türkmənistanın düzənlik rayonlarında qazılmış quyulardan əldə edilmiş kern materiallarında ikitaylılar sinifinə aid 7 yeni növ təyin etmişdir. «Şimali-şərqi Azərbaycanın  yura çöküntülərinin stratiqrafiyası və onlarla əlaqədar olan faydalı qazıntılar» mövzusunda dissertasiya işini yekunlaşdırmaq üzrədir. 1987-1991-ci illərdə «Paleontologiya və tarixi geologiya» kafedrasında 2 təsərrüfat müqaviləsi üzrə icra olunan elmi-tədqiqat işinin yerinə yetirilməsində iştirak etmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Bakı və MDB ölkələri şəhərlərində keçirilən (1984,1994,2001-2015) elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Məqalə və tezislərin sayı 50-dən çoxdur.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2003, Stratiqrafiyanın qeyri-ənənəvi üsulları
  • 2004, Baş Qafqaz silsiləsi zonasının (Azərbaycanın cənub yamacı) bünövrəsinin stratiqrafiyası üzrə yeni məlumatlar
  • 2006, Xəzər: əmələ gəlməsi, geodinamikası, və stratiqrafiyası (birinci məlumat)
  • 2007, Xəzər: əmələ gəlməsi, geodinamikası, və stratiqrafiyası (ikinci məlumat)
  • 2008, Xəzər nefti və geodinamika
  • 2010, О тектонике Азербайджанской части Большого Кавказа (ortaq)
  • 2013, Böyük Qafqazın Azərbaycan hissəsinin cənub yamacında təbaşir çöküntülərinin neftlik-qazlılıq perspektivliyi(ortaq)
  • 2013, Седиментационные и геодинамические обстановки формирования верхнеюрского комплекса Юго-восточного Кавказа
  • 2014,История геологического развития и условия осадконакопления в юрском периоде Большого Кавказа (азербайджанская часть)
  • 2014, Böyük Qafqazın azərbaycan hissəsinin geoloji inkişaf tarixi və çöküntülərin çökmə rejimi və şəraiti (ortaq)
  • 2015, Yan silsilənin orta yura çöküntülərinin litoloji və paleontoloji səciyyəsi (ortaq)
  • 2017, Эколого-геохимические особенности почвы и травянистой растительности Кацдагского медно-пирротинового месторождения. Горно-геологический журнал, Казахстан, г.Житикара, №1-2 (49-50), с.48-51
  • 2017, Qusarçay-Qudyalçay çaylararası yüksək dağlıq qurşağın bayos çöküntülərində mikroelementlərin yayılması. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.122-124
  • 2017, Kiçik Qafqazın dəniz faunasının inkişafına mühitin temperaturunun təsiri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.99-100
  • 2017, Böyük Qafqazın cənub yamacında mezozoy maqmatizminin inkişafı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.37-40
  • 2017, Böyük Qafqazın şimal-çərq hissəsinin orta və üst yura çöküntülərinin faydalı qazıntıları. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.35-37
  • 2017, Биокомплексы позднемеловой беспозвоночной морской фауны Гянджачайского синклинального прогиба Малого Кавказа. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktualproblemləri” mövzusunda Respublika Elmi Konfransının materialları, 17-18-may 2017, s.100-102
  • 2018, Böyük Qafqazın şimal-şərq yamacının Yura çöküntülərinin geoloji öyrənilmə mərhələləri və stratiqrafiyası. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümünə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları,  s.151-156

 

KİTABLAR

2010, Paleontologiya, dərslik

 

 

Bookmark and Share