GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990)

Akademik Əzəl Cəfər oğlu Sultanov (1905-1990) 1930-cu il­də mühəndis-geo­loq ixtisası üzrə Azər­bay­can Politexnik İns­ti­tutunu (hazır­da ADNA) bitirmiş­dir. 1934-cü ildə Azər­bay­canın geoloji büro­suna rəis təyin edilmiş, Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1939-cu ildə namizədlik, 1944-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1945-1948-ci illərdə Geologiya İnstitutunun direktoru, 1952-1956-cı illərdə ADU-nun elmi işlər üzrə prorektoru və «Çökmə süxurların petroqrafiyası» kafedrasının müdiri, 1954-1955-ci illərdə Azərbaycan EA-nın Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-1970-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir. Litoloqların Azərbaycan məktəbinin yaradıcılarındandır. Ə.C.Sultanov neft-qaz yataqlarının çökmə və vulkanogen-çökmə süxurlarının və onlarla bağlı olan qeyri-metal faydalı qazıntıların litologiyası üzrə görkəmli alimdir. O, ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı məhsuldar qatının əmələ gəlməsinin əsas fasial-siklik qanunauyğunluğunu müəyyən etmişdir. Çoxlu sayda elmlər namizədi və doktorları hazırlamışdır. 300-dən artıq elmi işin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir.

Bookmark and Share