GEOLOGİYA FAKÜLTƏSİ
Home
AZ | EN | RU

Akademik Faiq Məmməd oğlu Bağırzadə (1926-1988)

Akademik Faiq Məmməd oğlu Bağırzadə (1926-1988) 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNSU) geoloji-kəşfiyyat fakültəsinin bitirərək mühəndis-geoloq ixtisaslaşdı. 1952-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun neft və qaz yataqlarının geologiyası kafedrasında assistent işləmişdir. 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etdi. 1954-1962-ci illərdə kafedranın böyük müəllimi və dosenti işlədi. 1962-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Geologiya-kəşfiyyat fakültəsinin dekanı işləmişdir. 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etdi. 1964-1965-ci illərdə Birmada Ranqun Texnoloji İnstitutunda professor, 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı, 1966-1970-ci illərdə neft və qaz yataqlarının geologiyası kafedrasının professoru, 1970-ci ildə isə kafedranın müdiri vəzifələrində işlədir. Həmin ildə ADU-ya rektor təyin edildi. Onun iştirakı ilə universitetin tədris-maddi bazası xeyli genişlənir, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılır, bir sıra yeni sahələr tədris edilir, institutlararası elmi tədqiqat hesablama mərkəzi təşkil olunur. 1976-cı ildə F.M.Bağırzadə Azərbaycan EA-ya müxbir üzv, 1983-cü ildə isə həqiqi üzv seçilmişdir. 1980-ci ildə Azərbaycan SSR-in Əməkdar Elm Xadimi fəxri adı verilir. 1985-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritəsi" nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Akad. F.M.Bağırzadə 100-dən çox elmi məqalə, 12 monoqrafiya, geologiya və geokimyanın müxtəlif problemləri üzrə çox sayda dərslik və tədris vəsaiti yayımladı.

Bookmark and Share